Məmmədəli Rəsulzadə

Vikipediya, açıq ensiklopediya
Jump to navigation Jump to search
Məmmədəli Rəsulzadə
Məmmədəli Əbdüləziz oğlu Rəsulzadə
Mammad Ali Rasulzade 1932.jpg
Doğum tarixi: 7 aprel 1884(1884-04-07)
Doğum yeri: Novxanı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi: 3 fevral 1982 (97 yaşında)
Vəfat yeri: İstanbul, Türkiyə

Məmmədəli Əbdüləziz oğlu Rəsulzadə (d. 7 aprel 1882, Novxanı, Bakı quberniyası, Rusiya İmperiyası — ö. 3 fevral 1982, İstanbul, Türkiyə) — ictimai xadim, Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, jurnalist, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri. [1]

Bioqrafiya[redaktə | əsas redaktə]

Məhəmmədəli Rəsulzadə 7 aprel 1882-ci il tarixdə Novxanıda anadan olmuşdur. 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağı oğlu və Abbasqulu Kazımzadə ilə birlikdə "Müsavat" firqəsini qurmuşdur. 3 fevral 1982-ci il tarixdə İstanbulda vəfat etmişdir.[1]

Fəaliyyəti[redaktə | əsas redaktə]

  • İlk təhsilini din xadimi olan atasından almış, sonralar maarif xadimi Sultanməcid Qənizadənin rəhbərliyi ilə Bakıda açılmış 2-ci "rus-müsəlman" məktəbində oxumuşdur. Siyasi fəaliyyətə 1902-ci ildə M.Ə.Rəsulzadənin rəhbərliyi ilə yaranmış və Azərbaycanında Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan "Müsəlman gənclik təşkilatı"nda başlamışdır.
  • 1904 -cü ilin axırında Rusiya Sosial Demokrat Fəhlə Partiyası (RSDFP) Bakı Komitəsinin nəzdində Mirhəsən Mövsümov, Məmməd Həsən HacınskiMəhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaradılan ilk müsəlman sosial-demokrat təşkilatın əsası bu təşkilatla qoyulmuşdur. Həmin "Hümmət" təşkilatına ilk daxil olanlardan biri də Məmmədəli Rəsulzadə idi. O, "Hümmətin "Təkamül" (1906-1907) və "Yoldaş" (1907) qəzetlərində inqilabi hərəkata dair məqalələrlə çıxış etmişdir. [1]
  • 1907-ci ildə Balaxanı neft rayonunda P.Caparidze, M.Əzizbəyov, İ.Fioletov, S.Əfəndiyev və başqalarının iştirakı ilə təşkil olunan "Neft sənayesi fəhlələrinin ittifaqı"nın sədri P.Caparidze, texniki katibi isə Məmmədəli Rəsulzadə idi.
  • 1911-ci ilin oktyabrında Bakıda gizli şəkildə təşkil olunmuş Müsəlman demokratik "Müsavat" partiyasının müəssislərindən olmuşdur. Partiyanın əsas orqanı olan "Açıq söz" (1915-19) qəzetinin müxtəlif vaxtlarda naşiri və redaktoru Məmmədəli Rəsulzadə idi.
  • 1918-ci il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan Parlamentinə gizli səsvermə yolu ilə Bakıdan üzv seçilmiş, 1919-cu ilin əvvəllərində təşkil olunmuş Azərbaycan Xalq Cümhuriyyəti Hökumət mətbəəsinin müdiri təyin olunmuşdur. Məmmədəli Rəsulzadə 1919-cu ilin oktyabrında "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyası" Bakı komitəsinin üzvü seçilmişdi.[1]
  • Aprel işğalından (1920) sonra iki ilə yaxın Moskvada Xalq Millətlər Komissarlığına tabe olan kooperativ təşkilatında işləyən Məmmədəli Rəsulzadə 1922-ci ilin yayında Bakıdan İrana və oradan isə İstanbula mühacirətə getmişdir. M.Rəsulzadə həmin dövrdə İstanbulda nəşr olunan "Yeni Qafqasya", "Azəri türk", "Odlu yurd", "Azərbaycan yurd bilgisi" və s. mətbuat orqanları ilə yaxından əməkdaşlıq etmişdir. Onun Türkiyədə Azərbaycan ədəbiyyatının təbliği sahəsindəki fəaliyyəti də diqqətəlayiqdir. 1952-ci ildən Ankarada nəşr olunan "Azərbaycan" jurnalında "M.Ə.Rəsuloğlu" imzası ilə çoxlu məqaləsi dərc olunmuşdur.[1]
Məhəmməd Əmin Rəsulzadə yoldaşları ilə. Sağdan sola: Abbasqulu Kazımzadə, Kərbəlayi Vəli Mikayılov, Nəsib bəy Yusifbəyli, Mirzə Məmməd Axundov, Məhəmməd Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə, Tağı Nağıyev


Həmçinin bax[redaktə | əsas redaktə]

İstinadlar[redaktə | əsas redaktə]

  1. 1,0 1,1 1,2 1,3 1,4 Məmmədəli Rəsulzadə // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. — Bakı: "Lider", 2005. — 2 cilddə. — II  cild. — Səhifələrin sayı:  472. — Səh.: 310-311. — ISBN 9952-417-44-4.